Yuxarı

Makron onları saymadı – 3 ölkədən Parisə etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron onları saymadı – 3 ölkədən Parisə etiraz

Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən sammitinə dəvət edilmədiklərinə görə qəzəblənib.

Axar.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

“Avropanın heç bir ölkəsində Çexiyada olduğu qədər ukraynalı qaçqın yoxdur. Üstəlik, ən effektiv silah təchizatı sistemlərindən birini təşkil edən də məhz bu ölkədir. Polşanı saymasaq, müharibəyə Çexiya qədər yaxın ölkə yoxdur”, - Çexiya hökumətindəki mənbə nəşrə açıqlamasında deyib.

Rumıniyanın müvəqqəti prezidenti İlie Boloyanın müdafiə və təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku da ölkəsinin səylərinə baxmayaraq, Parisə dəvət edilməməsindən təəssüfləndiyini bildirib.

Sloveniya Prezidenti Nataşa Pirts-Musar isə bildirib ki, Parisdəki təşkilatçıların bütün Avropa ölkələrini dəvət etməməsi AB daxilində də heç də bütün ölkələrin bərabər hesab olunmadığını göstərir.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun Parisdə çağırdığı fövqəladə toplantıya Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa liderləri, eləcə də Avropa Şurasının sədri Antono Koşka, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO Baş katibi Mark Rutte qatılmışdı.

Tarix
2025.02.18 / 11:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla