Yuxarı

ABŞ-a nəticə əldə etməyin ən sürətli yolunu dedik - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-a nəticə əldə etməyin ən sürətli yolunu dedik - Zelenski

General Kelloq ilə görüşdə yaxşı söhbət, çoxlu təfərrüat oldu. Mən ABŞ-a Ukraynaya göstərilən bütün yardımlara və ikitərəfli dəstəyə görə minnətdaram.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra sosial şəbəkə hesabında yazıb.

“Amerika gücünün hiss olunması bizim və bütün azad dünya üçün vacibdir. Döyüş meydanındakı vəziyyəti və əsirlərimizi necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, - Zelenski vurğulayıb.

Zelenski bildirib ki, Ukrayna bu müharibənin ilk saniyəsindən sülhə can atır və bu sülh etibarlı və uzunmüddətli olmalıdır:

“Ukrayna investisiya və təhlükəsizliklə bağlı ABŞ prezidenti ilə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır. Uğur birləşdirir. Dünyada hər kəsin ABŞ-la münasibətlərdə uğura ehtiyacı var”.

Tarix
2025.02.21 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla