Yuxarı

ABŞ-da prezident seçkisi sürprizsiz ötüşməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hillari Klintonun dövlət katibi olduğu dövrdə elektron poçt ünvanlarından istifadəsi ilə bağlı aparılan təhqiqatlar ən gözlənilməz nəticələrlə yekunlaşa bilər.

Axar.az xəbər verir ki, bu haqda Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu yazıb. Politoloq bildirib ki, artıq ABŞ Dövlət Departamentinin son açıqlaması da özünün qeyri-müəyyənliyi ilə əvvəlkilərdən xeyli fərqlənir:

"Dövlət departamenti Klintonu əvvəlki kimi birmənalı şəkildə təmizə çıxarmağa çalışmır. Yəqin ki, keçirilən rəy sorğularının da buna təsiri var. Belə ki, artıq de-fakto respublikaçıların namizədi olan Donald Tramp ümumi milli rəy sorğularında Klintonla bərabər səviyyədədir. Berni Sanders isə hər ikisindən irəlidədir, amma klintonların demokratların daxilindəki nüfuzu Sandersi onların prezidentliyə namizədi kimi görməyə imkan vermir. Halbuki qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün bəlkə də bu addımı atmaq daha rasional və praqmatik olardı. Böyük ehtimalla, bu, olmayacaq və praymerizdə daha uğurlu olan Klinton demokratların namizədi kimi irəli sürüləcək".

Ə.Oruclunun sözlərinə görə, hər şey ilk baxışdan göründüyü qədər sadə deyil:

"Hillari Klintonla bağlı təhqiqatlardan birini aparan ABŞ Federal Təhqiqatlar Bürosudur (FBİ), odur ki, indi hər şey FBİ-nin ortaya qoyacağı yekun rəydən asılı ola bilər. Burada məncə, heç bir variantı istisna etmək olmaz: ciddi pozuntuların olmadığı da üzə çıxa bilər, Klintonun seçkidən kənarlaşdırılmasına yol açan konkret pozuntu faktları da. İstənilən halda, ABŞ-da prezident seçkisi sürprizlərsiz ötüşməyəcək".

ABŞ-da prezident seçkisinə Respublikaçılar Partiyasından Donald Trampın namizədliyi təsdiqlənib.

Demokratlar Partiyasından isə sabiq dövlət katibi Hillari Klinton və Berni Sanders mübarizəni davam etdirir.

Qeyd edək ki, Qussifer ləqəbi ilə tanınan haker "Foks Nyus"a müsahibəsində 2013-cü ildə keçmiş dövlət katibinin elektron ünvanını sındırdığını və şəxsi məktublarını ictimaiyyətə yaydığını desə də, bunu məhkəmə önündə etiraf etməkdən boyun qaçırmışdı.

Tarix
2016.05.27 / 13:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Almatı görüşü: İrəvan hələ də cavab verməyib - Bakayev

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla