Yuxarı

Uolts və Uşakov razılaşdı: Növbəti görüş bu şəhərdə olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uolts və Uşakov razılaşdı: Növbəti görüş bu şəhərdə olacaq

20:56

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts rusiyalı həmkarı Yuri Uşakovla telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Uolts özü məlumat yayıb.

O bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətlərinin növbəti görüşünün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi ilə bağlı razılığa gəliblər:

“Mən bu gün rusiyalı həmkarım Yuri Uşakovla Prezident Trampın Ukraynadakı müharibəyə son qoymaq səyləri barədə danışdım. Biz razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, diqqəti Prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəsin (Ukrayna və Rusiyanın bir-birinin enerji unfrastrukturuna bir ay müddətinə zərbə endirməməsi barədə razılaşma – red.) tətbiqi və genişləndirilməsinə yönəldəsək”.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff görüşün Ciddədə olacağını demişdi.

Tarix
2025.03.19 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla