Yuxarı

Ərdoğan İmamoğlunun tutulmasından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan İmamoğlunun tutulmasından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terror ittihamları ilə saxlanılması haqda danışıb.

Axar.az xəbər verir ki, Ərdoğan Ankarada təşkil edilən "Əvvəlki dönəm millət vəkilləri ilə iftar" proqramında çıxışı zamanı bu mövzuya toxunub.

Prezident müxalifətin səhvlərini daha böyük səhvlərlə ört-basdır etməyə çalışdığını vurğulayıb.

O, müxalifətin məhkəmənin ortaya qoyduğu ittihamlara cavab vermək əvəzinə, siyasi şüarlara sığındığını qeyd edib:

"Məsələni siyasi şüarlarla məhdudlaşdırıb xalqı aldatmağa çalışırlar. Əgər desələr ki, bu diplom qanuni yolla alınıb, bunu hüquqi müstəvidə müzakirə etmək olar. Yaxud desələr ki, bələdiyyədə oğurluq, korrupsiya, qeyri-qanuni əlaqələr yoxdur, biz bunu hüquqi sübutlarla müzakirə edə bilərik. Amma bunu etmirlər, edə bilmirlər. Çünki bunların doğru olduğunu ən yaxşı özləri bilirlər".

O qeyd edib ki, CHP-nin məsələləri ölkə və xalqın deyil, partiya daxilindəki bir neçə şəxsin maraqlarıdır:

"Bu məlumat və sənədlərin çoxunun məhz öz partiyaları tərəfindən məhkəməyə təqdim edildiyinin fərqindədirlər. Xalq qarşısında timsah göz yaşları tökən CHP rəhbərləri bağlı qapılar arxasında sevinirlər. CHP-nin məsələləri ölkə və xalqın deyil, partiya daxilindəki bir neçə şəxsin maraqlarıdır. Bizim isə bu kimi oyunlara ayıracaq vaxtımız yoxdur".

Tarix
2025.03.20 / 23:05
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

İlham Əliyev açılış mərasimdə iştirak edir - Canlı

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla