Yuxarı

İmamoğlu ilə bağlı hesabat: atasının da adı hallanır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror və korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu haqqında hazırlanan Maliyyə Təhlil Hesabatının təfərrüatı ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hesabatda Əkrəm İmamoğlunun adına müxtəlif yollarla əldə edilmiş çox sayda daşınmaz əmlak qeydlərinin olduğu və onun Balıkəsir, İstanbul və Çanaqqala şəhərlərində 17 daşınmaz əmlakı satış yolu ilə əldə etdiyi bildirilib.

Bundan başqa, Balıkəsir-Ərdəmirdə yerləşən 5 daşınmaz əmlakın atası Həsən İmamoğludan Əkrəm İmamoğluna bağışlandığı qeyd edilib.

Eyni zamanda, hesabatda “FETÖ-ya üzv olmaq və təşkilatı maliyyələşdirmək” ittihamı ilə həbs edilən Aydın Böyükşəhər Bələdiyyə sədri Özləm Çerçioğlunun müşaviri Ərkan Qaraarslana məxsus şirkətlərə İstanbulun Avcılar, Bəylikdüzü və Sarıyer bələdiyyələrindən ümumilikdə 10 milyon 329 min lirə məsləhət haqqının köçürüldüyü qeyd edilib. FETÖ üzvü olduğu üçün həbs edilən Ərkan Qaraarslan və İmamoğlu arasında bağlanan 1 milyon 754 lirəlik məsləhət anlaşması ilə bağlı kəşfiyyat məlumatları da hesabatda qeyd edilib.

Hesabatda İmamoğlunun 2020-2025-ci illər arasında ticarətçi və ya şirkət rəhbəri olan və ya şirkət adından çıxış edən şəxslərin kommersiya fəaliyyəti zamanı “fırıldaqçılıq”, “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək”, “adi hədə-qorxu gəlmək”, “ədalətli məhkəmə araşdırmasına təsir göstərməyə cəhd”, “məhkəmə vəzifələrini yerinə yetirən şəxsə təsir göstərmək”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, “zor və ya hədə-qorxu ilə və ya hər hansı digər qanunsuz hərəkətlə ictimai fəaliyyətin həyata keçirilməsinin qarşısını almaq”, “dövlət qurumları və ya təşkilatların tenderini saxtalaşdırmaq” kimi cinayətlərlə bağlı istintaq və təqib qeydlərinin olduğu vurğulanıb.

Qeyd edək ki, 19 martda İBB-də baş tutan əməliyyatlar çərçivəsində bələdiyyə sərdi Ə.İmamoğlu da daxil olmaqla, 100-dən çox şəxs şübhəli şəxs qismində saxlanılıb.

Tarix
2025.03.22 / 10:51
Müəllif
Samir Soltanov
Digər xəbərlər

1123-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Kreml vasitəçilik inadından əl çəkmir: Xovayev yenə gəlir

İranda azərbaycanlılar ayağa qalxdı - Video

Suriya lideri Putindən bunu tələb edir

Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı

Prezident tapşırığı: bu türk ölkəsinə yardım göndərildi

ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin

Türkiyədə kütləvi aksiyalar: nəticə nə ola bilər? – Türk ekspert

Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan

Bakı və İrəvanla bağlı əsl xəbər budur - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla