Yuxarı

Tramp ən azı 9 dəfə yalan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp ən azı 9 dəfə yalan danışdı

ABŞ Prezidenti Donald Tramp cümə günü Oval kabinetdə jurnalistlərlə ünsiyyəti zamanı ən azı doqquz yalan bəyanat verib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, bu bəyanatlar ABŞ-da 2024-cü ilin noyabrında keçirilən seçkilərin nəticələri, Ukraynaya yardım, miqrasiya və Çin və Kanada ilə ticarət balansı kimi əsas məsələlərə dair şişirdilmiş rəqəmləri əhatə edib.

Telekanalın bildirdiyinə görə, Tramp seçkilərdə "80 milyondan bir qədər çox" səs topladığını iddia edib, halbuki rəsmi nəticələr onun təxminən 77,3 milyon seçici tərəfindən dəstəkləndiyini göstərir.

CNN-in məlumatına görə, prezident ABŞ-ın Çinlə ticarət balansı kəsirinin 1 trilyon dolları keçdiyini iddia edib, lakin əslində bu göstərici 2024-cü ildə 263,3 milyard dollar təşkil edib. Oxşar yanlış məlumatlar Kanada ilə bağlı da verilib – Tramp bu ölkə ilə ticarət kəsirinin 200 milyard dollar olduğunu söyləsə də, real rəqəm 35,7 milyard dollardır.

Tarix
2025.03.23 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla