Yuxarı

Rusiya məğlubdur, çünki 3 ildir 4 vilayəti... - Kostenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya məğlubdur, çünki 3 ildir 4 vilayəti... - Kostenko

Rusiya geosiyasi baxımdan məğlubiyyətə uğrayıb, çünki işğalın başladığı 24 fevral 2022-ci ildə müdafiə-sənaye kompleksi, uzaqmənzilli silahları və hazırlıqlı ordusu demək olar ki, olmayan bir ölkənin hətta dörd vilayətini belə ələ keçirə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin katibi Roman Kostenko bildirib.

Onun sözlərinə görə, Rusiya daim özünü dünyanın ikinci ordusu (ABŞ-dan sonra) kimi təqdim edirdi:

"Onlar bəyan edirdilər ki, hər şeyləri var, nüvə dövlətidirlər, lakin bunu (işğalı - red.) edə bilmədilər və üstəlik, öz ərazilərinə müdaxiləyə yol verdilər. Ona görə də hətta atəşkəs olsa belə, bu, onlar üçün geosiyasi məğlubiyyət olacaq".

Kostenko qeyd edib ki, ruslar hər şeyi anlayırlar. Buna görə də həm diplomatik prosesdə, həm də hərbi müstəvidə Ukraynanın ya bir hissəsinə, ya da bütün ölkəyə nəzarəti ələ keçirməyə çalışacaqlar.

Tarix
2025.03.30 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla