Yuxarı

Fidandan Özələ sərt cavab: Artıq həddinizi bilin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fidandan Özələ sərt cavab: Artıq həddinizi bilin!

Şəxsi ambisiyaları konspirasiya ilə qarışdıran və siyasət pərdəsi altında təqdim edən bu zehniyyəti rədd edirik. Millətimizə xidmət yolunda qətiyyətlə çalışmaqda davam edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğan barəsində "xunta idarəedicisi" ifadəsini işlədən müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ cavabında deyib.

"Artıq həddinizi bilin! Cənab Ərdoğanımız millətimizdən aldığı dəstəklə illərdir Türkiyəyə xidmət edib, hər cür qəyyumluğa qarşı mübarizə aparıb. Biz millətimizdən başqa heç kimdən əmr almamışıq, xalqımızdan başqa heç kimdən icazə istəməmişik. Xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində illərdir siyasət yürüdən ənənəni təmsil edən Özgür Özəldir. Qutudan kənarda legitimlik axtaran, küçələrdə siyasət dizayn etməyə çalışan Özgür Özəldir. Həftələrlə xarici güclərdən kömək uman, “özümüzü tərk edilmiş hiss edirik” deyərək xarici paytaxtlardan dəstək diləyən Özgür Özəldir. Korrupsiya ilə bağlı davadan qəhrəmanlıq hekayəsi yaratmağa çalışan Özgür Özəldir”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, CHP sədri Özgür Özəl partiyasının fövqəladə qurultayında verdiyi açıqlamalarda bu sözləri demişdi: “Tayyib Ərdoğan xalqın dəstəyini alan bir prezident deyil, xalqın dəstəyini alanları, özünə rəqib ola bilənləri hədəf alan bir xunta liderinə çevrilib. Artıq seçkidən, küçədən qorxur. Bu gün bu salonda olan iradə o xuntanı məhv edəcək iradədir. Türkiyə bir ovuc xunta üzvündən daha böyükdür”.

Tarix
2025.04.06 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

Azərbaycanda və Hindistanda su itkisinin həcmi...

Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...

Onlar Bakıdan Ermənistana gedəcək

TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri

Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla