Yuxarı

Parisin erməniyanlı meri İmamoğluya vətəndaşlıq verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisin erməniyanlı meri İmamoğluya vətəndaşlıq verdi

Paris Şəhər Şurası Türkiyədə həbs edilən və məhkəmədən sonra vəzifəsindən azad edilən İstanbul meri Əkrəm İmamoğluya fəxri vətəndaşlıq verib.

Axar.az xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb.

Müvafiq qərar Şəhər Şurasının iclasında yekdilliklə qəbul edilib.

Paris meri Ann Hidalqonun sözlərinə görə, İmamoğluya partiyasını təmsil etmək və milyonlarla türkün adından danışmaq ədalətsiz şəkildə qadağan edilib, ona görə də o, Parisin tam dəstəyini gözləyə bilər:

“Fəxri vətəndaş adını almaq İmamoğluya müqavimət göstərmək gücü verəcək və Türkiyə hakimiyyətini demokratik ağlın səsinə qulaq asmağa məcbur edəcək”.

Qeyd edək ki, Ann Hidalqo xüsusi erməni sevgisi və Azərbaycanın daxili işlərinə qarışmaq çabaları ilə azərbaycanlılara yaxşı tanışdır. Bu mer-xanım 44 günlük müharibədən sonra xüsusilə “aktivləşmişdi”, sərhədimizə gəlmiş, Qarabağdakı ermənilərə “humanitar yardım” gətirmişdi.

Hidalqo antiazərbaycan, antitürk mövqeyi, “Hayastan” fondu ilə geniş əlaqələri olan, erməni diasporuna xidmət edən biridir və onun İmamoğlunu müdafiə etməsi çox düşündürücüdür.

Tarix
2025.04.08 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla