Yuxarı

ABŞ-İran hərbi toqquşması ola bilər? - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran hərbi toqquşması ola bilər? - Fidan

Ümid edirik ki, ABŞ və İran danışıqlar zamanı həlledici mövqe sərgiləyəcək və güc tətbiqindən qaça biləcəklər.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan CNN Türk kanalına müsahibəsində deyib.

Fidan qeyd edib ki, hər iki tərəfi tanıyır, mövqelərindən xəbərdardır:

“Hər şey danışıqlar masası üzərində olacaq. Tərəflər maksimum mövqedən çıxış edəcəklər. Amma masadan ayrıldıqdan sonra danışıqların davam etdiriləcəyinə və güc tətbiqindən qaçacaqlarına ümid edirəm. Danışıqların mövzusu mürəkkəbdir, lakin hesab edirəm ki, keçmiş təcrübə ilə müqayisədə indi yeni imkanlar yarana bilər. Hazırda danışıqları aparan insanlar, xüsusilə ABŞ Prezidenti Donald Tramp fərqli düşüncə tərzinə sahibdir”.

Qeyd edək ki, aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək. Görüşdə İranın nüvə proqramı məsələsinin nizamlanması müzakirə ediləcək. ABŞ nümayəndə heyətinə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Arakçı rəhbərlik edəcək.

Tarix
2025.04.10 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla