
Tətili dənizdə, yoxsa dağda keçirək?
02:20
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı İran və ABŞ nümayəndələri arasında məsləhətləşmələr konstruktiv şəraitdə keçib.
Axar.az xəbər verir ki, bu barədə İslam Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında keçib. Omanın paytaxtında keçirilən danışıqlarda İranın xarici işlər naziri Abbas Arakçı və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın sülhməramlı nüvə proqramı və qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı məsələlərdə öz hökumətlərinin mövqelərini mübadilə ediblər”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.
Tarix
2025.04.12 / 21:05
|
Müəllif
Axar.az
|