Yuxarı

Ölkəmizə böyük tələ qurulub: 10 milyon azalacağıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə böyük tələ qurulub: 10 milyon azalacağıq

Ölkəmizi və millətimizi əhali baxımından narahatedici gələcək gözləyir. Cümhuriyyət dövründə, 1960-cı illərdə doğum nəzarəti sistemi tətbiq etməklə türk əhalisinin azalmasına səbəb oldular. Bu, bir varlıq məsələsidir. Bu, ölkəmiz üçün müharibədən daha ciddi bir təhlükədir. Biz mənasız anlayışlar uğrunda bir-birimizlə çəkişib vaxtımızı və enerjimizi boşa xərcləyərkən, milli quruluşumuzu bu şəkildə zəiflətdilər. Açıq şəkildə deməliyik ki, ölkəmizə böyük bir tələ qurulub. Səhv doğum nəzarəti siyasəti ilə xalqımıza həm güc, həm də zaman itkisi yaşatdılar. Bu səhvi bu gün də müxalifətin əli ilə davam etdirməyə çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, əgər indiki vəziyyət belə davam edərsə, ölkə əhalisi 10 milyon nəfər azala bilər.

Ərdoğan müxalifətin də bu məsələdə günahkar olmasına diqqət çəkib:

“Qərbin belə qurtulmaq üçün yol axtardığı cinsiyyətsizləşdirmə siyasətlərini müxalifət müdafiə edir. Bələdiyyələrdə işçilərə maaş belə ödənilmədiyi halda, xalqın resurslarını sapqın axınlara peşkəş çəkməkdən çəkinmirlər. LGBT bayraqları ilə bəzədilmiş bələdiyyələrdə baş verən korrupsiya hadisələrini isə hamımız ibrətlə izləyirik”.

Ərdoğan çıxışında ailə institutunun təhlükə altında olduğunu vurğulayıb:

“Məsələ təkcə müxalifətin xəyanəti ilə məhdudlaşmır. Həyat tərzinin mənfi təsirləri ilə də üz-üzəyik. Ailə institutu bütün dünyada olduğu kimi, ölkəmizdə də təhdid altındadır. Ailə qurmaq, uşaq sahibi olmağa heç vaxt olmadığı qədər laqeyd yanaşılan bir dövrdə yaşayırıq. Bir çox ailə övladlarını evlənib ailə qurmağa inandıra bilmir. Gənclər tək yaşayır, 1+1 ev onlar üçün yetərlidir. Avropa dövlətləri mühacirləri daim qəbul edir, çünki öz əhalisi ölkəni idarə etmək üçün kifayət etmir. Bütün təbliğat vasitələrindən istifadə edirlər. Davamlı olaraq Türkiyəyə böhtan atanların, ölkəmizi aşağılayanların əhəmiyyətli bir hissəsi də bu qara təbliğatın məhsuludur. Onlar ksenofobiyanın alovunu yandırmaqla humanitar diplomatiyaya zərər vermək istəyirlər”.

Ərdoğan əlavə edib ki, ölkəyə gələn miqrantlar olmasa, bir çox sektor ciddi problemlərlə üzləşə bilər:

“Bu, bizim istədiyimiz bir vəziyyət deyil, amma reallıq budur. Qarşımızdakı mənzərənin fəlakət olduğunu anlamaq üçün daha 10 il gözləməyə ehtiyac yoxdur. Zehinləri dəyişmədən, yanlış anlayışları dağıtmadan hədəflədiyimiz nöqtəyə çata bilmərik”.

Qeyd edək ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş də əhalinin artım tempinin kəskin aşağı düşməsindən narahatlığını ifadə etmişdi.

Tarix
2025.04.19 / 21:03
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla