Yuxarı

Regionda gərginlik: Putin Şərif və Modiyə zəng edəcəkmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Regionda gərginlik: Putin Şərif və Modiyə zəng edəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin hələlik Hindistan və Pakistan liderləri ilə hər hansı təmas planlaşdırmır.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov regionda vəziyyətin gərginləşməsi fonunda TASS-a açıqlamasında deyib.

“Xeyr, hazırda planda yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, 22 apreldə Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində turistlər atəşə tutulub, nəticədə 26 turist ölüb. Hindistan bu qətli törədən terrorçuların arxasında Pakistanın dayandığını bildirərək, sərt tədbirlərə əl atıb, pakistanlılara verilən bütün vizalar ləğv edilib, Pakistan vətəndaşlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib, həmçinin Dehli Su Müqaviləsindən çıxdığını elan edib. Hindistan Pakistandakı səfirliyinin heyətini də yarıya qədər azaldacağını bildirib və Pakistan səfirliyinin əməkdaşlarının 55-dən 30-a endirilməsini tələb edərək, hərbi attaşeni persona non-qrata elan edib.

Tarix
2025.04.25 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla