Yuxarı

Avropa Ukraynaya qoşun göndərməkdən imtina edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Ukraynaya qoşun göndərməkdən imtina edir

Avropa ölkələri kadr və maliyyə çatışmazlığı səbəbindən Ukraynaya göndərmək üçün hətta 25 min əsgər də toplaya bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi admiral Toni Radakin avropalı həmkarlarına müraciət edərək, Rusiya ilə mümkün sülh sazişinin bağlanmasından sonra Ukraynaya 64 min hərbçi göndərilməli olduğu barədə bəyanat verib. Aprelin əvvəlində o, Londonun 10 minə qədər əsgər göndərməyə hazır olduğunu elan etdi, Fransa da eyni rəqəmi səsləndirdi. AB-nin müdafiə nazirləri aprelin 10-da “istəklilər koalisiyası”nın iclasında Britaniyanın planlarından narahat olduqlarını bildirib. Onlar 64 min əsgər toplamaq şansının olmadığını və hətta 25 min əsgər toplanmasının belə çətin olduğunu vurğulayıblar. Britaniyanın təşəbbüsünə şübhə ilə yanaşan ölkələr arasında öz sərhədlərinin müdafiəsinin zəiflədilməsindən ehtiyat edən Estoniya və Finlandiya, həmçinin Almaniya da var. Polşa, İspaniya və İtaliya da öz növbəsində Ukraynaya əsgər göndərməkdən imtina ediblər”, - mənbə bildirib.

Tarix
2025.04.30 / 09:57
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla