Yuxarı

Rusiya yüz minlərlə əsgər itirib, metrlərlə irəliləyir... - Kelloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya yüz minlərlə əsgər itirib, metrlərlə irəliləyir... - Kelloq

Londonda aparılan danışıqlar zamanı Ukrayna və ABŞ müharibənin mümkün dayandırılması üçün 22 konkret şərtdən ibarət siyahı hazırlayıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Ukraynalılar hər şeyi bəyənmirdi, amma bu, normaldır. Danışıqlarda əldə olunan son mövqe heç kimin xoşuna gəlmir”, - o bildirib.

O, Kremlin müharibədə qələbəsindən danışan Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını da şərh edib:

“Belə ritorika reallığa uyğun gəlmir. Rusiya bu müharibədə qalib gəlməyəcək. Bu ölkə son il yarım ərzində heç bir uğur əldə etməyib. Onlar yüz minlərlə əsgər itirib, kilometrlərlə yox, metrlərlə irəliləyir. Ukraynalılar isə öz torpaqlarında şiddətlə döyüşürlər. Rusiya qalib gəldiyini deyir, bu, belə deyil”.

Trampın xüsusi nümayəndəsi vurğulayıb ki, Rusiya dəyişən şərtləri qəbul etməlidir:

“Ukrayna yaxşı vəziyyətdədir və avropalı tərəfdaşlar ABŞ-ın iştirakı olmadan, xüsusən də Böyük Britaniya və Fransanın rəhbərliyi altında dəstək qüvvələrini gücləndirir, formalaşdırır. Onlar indi lazım gələrsə, Ukraynaya dəstəyi artırmağa hazırdır”.

Tarix
2025.04.30 / 12:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla