Yuxarı

280 müdafiə sistemi Moskvaya gətirilir: Ukrayna üçün şans

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
280 müdafiə sistemi Moskvaya gətirilir: Ukrayna üçün şans

Rusiyalıların hava hücumundan müdafiə vasitələri kifayət etmir, buna görə də 9 May paradının təhlükəsizliyi üçün HHM sistemlərinin Moskvaya gətirilməsi onu göstərir ki, onlar hansısa vacib hərbi obyektin yaxınlığında döyüş növbətçiliyindən çıxarılır.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavel Narojnı deyib.

O bildirib ki, Ukrayna bu vəziyyətdən yararlanmalıdır:

“Bu, Ukrayna üçün çox əlverişli vəziyyətdir ki, düşmənin sırf hərbi hədəflərinə zərbə endirsin. Çünki həmin obyektlər hava hücumundan müdafiə sistemlərinin Moskvaya köçürülməsi səbəbindən müdafiəsiz qalacaq”.

Məlumata görə, ruslar 9 May paradının təhlükəsizliyini təmin etmək üçün 280 ədəd HHM sistemini Moskva ətrafına toplayır. Bu texnika xüsusilə Kazan və Qroznıdan gətirilir. Moskvanın hava hücumundan müdafiəsi üçün dördqat sistem yaradılır.

Narojnı vurğulayıb ki, Ukrayna ordusu mülki şəxslərə atəş açmır, ona görə də paradın keçirildiyi əraziyə zərbə endiriləcəyi gözlənilmir. Lakin həmin vaxt hərbi obyektlərə hücum ehtimalı realdır.

“Sadələşdirsək, üç eşelon var – kiçik radiuslu, orta radiuslu və böyük radiuslu. Rusiyada isə bu vasitələrdən kifayət qədər yoxdur. Məsələn, böyük radiuslu sistemlər – S-300 və S-400 – Rusiya ordusunun istifadəsindədir. Onların öz ərazisini tam şəkildə qoruması üçün minlərlə belə sistemə ehtiyacı var. Hesablamalara görə, bu ehtiyac 1200-1300 ədəd arasındadır. Amma onların ən yaxşı halda 200 ədədə yaxın sistemi var”, – deyə ekspert bildirib.

Tarix
2025.05.06 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla