Yuxarı

Kimsə göstəriş verə bilməz, Kadırov varisini özü seçəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kimsə göstəriş verə bilməz, Kadırov varisini özü seçəcək

Hazırda Çeçenistan rəhbəri Ramzan Kadırovun mümkün varisini müəyyən etmək çox çətindir — bu şəxs “Əhməd” xüsusi təyinatlı dəstəsinin komandiri Aptı Alaudinov, Kadırovun oğlu və ya üçüncü bir şəxs ola bilər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Stanislav Tarasov bildirib.

Tarasovun fikrincə, Kadırovun istefası ilə bağlı xəbərlər daha çox piara oxşayır:

“Kadırov vaxtaşırı olaraq istefası ilə bağlı bəyanatlar verir, görünür, bu, müəyyən daxili səbəblərlə bağlıdır. Amma o, hələ də öz yerindədir. Əslində, o, təsir dairəsi və əhəmiyyəti baxımından artıq Çeçenistan çərçivəsini aşıb. Kadırov faktiki olaraq Şimali Qafqazın qeyri-rəsmi lideridir, onun adı Yaxın Şərqdə və İslam dünyasında yaxşı tanınır. Beləliklə, nəzəri cəhətdən onu mərkəzə – federal səviyyəyə keçirə bilərdilər, əgər bu, səhhətindəki pisləşmə ilə bağlı deyilsə. Amma çox güman ki, onun istefa ilə bağlı açıqlamalarını daha çox piar addımı kimi qiymətləndirmək lazımdır. Əgər Kadırovun istefa ilə bağlı sözləri piar xarakterli deyilsə və o, həqiqətən də postunu tərk edərsə, onun varisini Moskva yox, bölgədə böyük nüfuza malik olan Kadırovun özü təyin edəcək. O, o qədər nüfuzlu fiqurdur ki, ona kiminsə göstəriş verməsi mümkün deyil. Onun yerinə kimin keçəcəyini demək çətindir. Biz onları bilmirik. Amma hər bir halda, qərarverici amil Kadırovun şəxsi fikri olacaq”.

Xatırladaq ki, bundan əvvəl Kadırov vəzifədən azad olunması ilə bağlı xahiş etdiyini bəyan etmişdi.

Tarix
2025.05.07 / 12:10
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla