Yuxarı

Baydenin səs yazısı yayıldı: Oğlunun ölüm tarixi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baydenin səs yazısı yayıldı: Oğlunun ölüm tarixi...

ABŞ-ın keçmiş prezidenti Co Baydenlə xüsusi prokuror Robert Heur arasında məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı aparılan beş saatlıq söhbətin səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, səs yazısını "Axios" nəşri paylaşıb.

Məlumata görə, audio materialdan aydın olub ki, Bayden 2023-cü ilin oktyabrında keçirilən sorğu zamanı tez-tez fasiləyə çıxıb və bəzi suallara qeyri-müəyyən cavablar verib.

Söhbət zamanı keçmiş prezidentin vitse-prezidentlik dövrünə dair detalları qarışdırdığı və oğlu Bo Baydenin vəfat tarixini belə xatırlaya bilmədiyi diqqətdən yayınmayıb.

Gizli sənədlərin saxlanması ilə bağlı suala cavab verərkən Bayden sənədləri “bəlkə də gələcək nəsillər üçün saxladığını” bildirib.

Bundan əlavə, Baydenin yaxın komandası onun səhhətindəki problemləri nəzərə alaraq, yenidən seçkiyə qatılması halında xüsusi hazırlıqlar görməyi planlaşdırıb. Hətta onun bəzi tədbirlərdə əlil arabasında görünməsi ehtimalı da istisna edilməyib.

Tarix
2025.05.17 / 21:22
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla