
Makron Netanyahu ilə danışdı
19:48
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
16:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əş-Şara ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mətbuata bağlı şəraitdə keçirilən görüşdə hər iki ölkənin dövlət rəsmiləri də iştirak edib.
Ərdoğanla Şara görüşdə iki ölkə arasında münasibətlər və qlobal proseslər barədə müzakirə aparıblar.
Ərdoğan ABŞ və Avropa Birliyinin Suriyaya sanksiyaları ləğv etməsindən məmnun olduğunu söyləyib. O, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, həmçinin ikitərəfli münasibətlərdə qonşuluq və qardaşlıq siyasətinin davam edəcəyini bildirib.
Şara Ərdoğana dəstəyinə görə təşəkkür edib.
Tarix
2025.05.24 / 19:32
|
Müəllif
Samir Soltanov
|