Rusiya NATO-nu Baltikyanı ölkələrdə bir neçə günə məğlub
edə bilərmi? ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Rand
Korporasiyasının ekspertlərinə əsaslanaraq iddia edirlər ki, Rusiya
qoşunları Baltikyanı ölkələrdə olan NATO qüvvələrini 60 saat
ərzində dəf etmək qabiliyyətinə malikdir. Bu Atlantik alyansın öz
üzvlərini qorumaq üçün bölgədə zəif olduğuna dair növbəti
xəbərdarlıqdır.
Dövlət katibinin Rusiya, Ukrayna və Avrasiyada müdafiə
məsələləri üzrə köməkçisi Maykl Karpenter Rand Korporasiyasının
"NATO-nun Şərq Cinahının Müdafiəsinin Gücləndirilməsi"nə dair
hesabatınındakı fikirlərlə razıdır. Hesabatda deyilir ki, Estoniya,
Latviya və Litva daxil olmaqla, Baltikyanı ölkələr Rusiyanın mümkün
hücumuna müqavimət göstərməkdə gücsüzdür və regiona yerləşdirilmiş
azsaylı NATO qüvvələri bu ölkələrin müdafiəsinə kömək etmək üçün
kifayət deyil.
Hesabata görə, həmin 3 ölkənin birlikdə əsasən yüngül döyüş
mexanizmləri ilə təhciz olunmuş və müdafiə üçün nəzərdə tutulmuş 11
piyada döyüş batalyonu var. Onlara qarşı Rusiyanın Qərb Vilayət
Qoşunları və Kalininqrad vilayətinin 9 diviziyası gücündə olan 46
batalyonu döyüş vəziyyətinə gətirilib. Qüvvələrin əsas hissəsi
tanklar, mexaniki piyada qoşunları, aviasiya, dəniz qoşunları,
artileriya, yer-yer tipli raketləri və hücum helikopterlərdən
ibarətdir. Bu qüvvələr ənənəvi hücum üçün ən münasib qüvvə hesab
edilir.
Müdafiə hücumdan daha asan olduğuna görə qələbə qazanılması üçün
hücumda hərbi qüvvələrin müdafiə ilə müqayisədə 3:1-ə nisbətində
olması şərti qəbul edilir. Hal-hazırda həmin nisbət 4:1-ə
nisbətindən daha artıqdır və NATO-nun bölgədəki qoşunlarının atəş
açmaq qabiliyyəti Ruisya ilə müqayisədə daha azdır.
NATO Baltikyanı regionun müdafiəsi üçün daha 4 batalyon cəlb
etməyi planlaşdırır. Almaniya, ABŞ və Britaniya hər biri bölgəyə
bir batalyon göndərəcək. NATO-nun digər üzvləri bölgəyə 4-cü
batalyonu göndərməlidir. Bundan sonra qüvvələrin bölgədə 2:1-ə
nisbətində olacağı ehtimal olunur.
Publika.az