Yuxarı

Zelenski ilə Kliçko arasında gərginlik: Merdən ağır ittiham...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski ilə Kliçko arasında gərginlik: Merdən ağır ittiham...

Kiyev meri Vitali Kliçko ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında növbəti qarşıdurma yaranıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın nüfuzlu “Tayms” nəşri yazıb.

Qeyd olunub ki, Kliçko Zelenskini avtoritar üsullarla işləməkdə ittiham edir.

Onun sözlərinə görə, Kiyev şəhər şurasının fəaliyyəti prezidentin göstərişi ilə keçirilən reydlər, dindirilmələr və saxta ittihamlarla açılan cinayət işləri səbəbilə iflic vəziyyətinə düşüb.

Merin iddiasına görə, bir çox şəhər rəhbərləri də ciddi təzyiqlərlə üz-üzədir.

“Bu, müharibə pərdəsi altında demokratik institutların və prinsiplərin aradan qaldırılmasıdır. Bir dəfə demişdim ki, ölkədə avtoritarizm qoxusu gəlir. İndi isə artıq iylənir”, – deyə Kliçko sərt şəkildə bildirib.

Nəşr yazır ki, əvvəllər ağır çəkidə peşəkar boksçu olmuş Kliçko indi siyasi güc uğrunda mübarizə aparır. Qeyd olunub ki, Prezident Zelenski onun səlahiyyətlərini məhdudlaşdırmaqla nəzarəti əlində cəmləməyə çalışır.

Xatırladaq ki, bir müddət əvvəl Kliçko Ukrayna hakimiyyətini Kiyev administrasiyasının məmurlarını izləməkdə də ittiham etmişdi.

Tarix
2025.05.31 / 16:37
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla