
Gəncədə qudalar arasında dava: 5 nəfər xəsarət aldı
09:34
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 2-də İstanbulda keçirilən danışıqlarda nümayəndə heyətinin tərkibini dəyişib.
Axar.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc edilib.
Nümayəndə heyətinə üç yeni üzv daxil olub: Ali Radanın insan hüquqları üzrə komissarının təhlükəsizlik və müdafiə sektoru orqanları sistemindəki nümayəndəsi Yuri Kovbasa, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Yevgeni Ostryanski və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin Beynəlxalq hüquq şöbəsinin rəisi Andrey Fomin.
Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rustem Umerov nümayəndə heyətinə rəhbərlik edəcək.
Tarix
2025.06.01 / 20:45
|
Müəllif
Axar.az
|