Yuxarı

Mask və Tramp arasındakı münaqişə siyasi oyundur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mask və Tramp arasındakı münaqişə siyasi oyundur...

Tramp ilə Mask arasındakı münaqişə əsl dava deyil, strateji səhnələşdirmənin bir hissəsidir. Mask demokratlar və respublikaçılardan yorulmuş insanlara yönələn yeni siyasi güc ideyasını irəli sürür. Bu, onun öz partiyasını yaratmaq və ya özünün dəstəklədiyi namizədin irəli sürülməsi üçün hazırlıqdır.

Axar.az xəbər verir ki, bunu “İnsayder” Teleqram kanalı mənbələrinə istinadən yazıb.

Kanal qeyd edib ki, Trampla açıq mübahisə Maskın müstəqil kimi görünməsinə, Trampa isə böyük korporasiyalardan uzaqlaşaraq, "xalq adamı" obrazını qorumağa imkan verir. Əslində isə onlar eyni partiyada oynamağa davam edirlər, sadəcə fərqli auditoriyalar üçün:

“Demokratlar “Epştayn işi” vasitəsilə təzyiq göstərməyə çalışa bilərlər, amma Trampa qarşı heç bir sübut yoxdur — bu da tələdir. Onu qalmaqala cəlb etmək cəhdi öz təşəbbüskarlarına zərbə vuracaq.

Maskın həm partnyorları, həm də rəqibləri, xüsusilə Asiyada və fond bazarında, vəziyyəti izləyir və onun mövqeyini zəiflətməyə çalışırlar. Lakin mənbənin verdiyi məlumata görə, artıq 3-4 həftə ərzində Mask ABŞ hökumətinin alacağı süni intellekt, müdafiə və infrastruktur sahələrində texnoloji həllər təqdim edəcək. Bu, onun biznesini sabitləşdirməklə yanaşı, təsirini də gücləndirəcək. Münaqişənin mahiyyəti fikir ayrılıqlarında yox, incə siyasi oyundadır”.

Tarix
2025.06.07 / 14:26
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla