Yuxarı

Nazirə “ayaqqabı qutusu” deyə qışqırdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri danışdığı zaman ona etiraz etməyə çalışan bir vətəndaş "ayaqqabı qutusu" deyə qışqırdığı üçün saxlanılıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Niğdənin Bor kəndinə gələn Türkiyənin Daxili İşlər naziri Əfqan Ala nitq söylədiyi zaman vətəndaşlardan biri "ayaqqabı qutusu" deyə, qışqırdığı üçün saxlanılıb. Yaxalanan Cüneyt Tətik adlı vətəndaş daha sonra azad edilib.

Xatırladaq ki, 17 dekabr əməliyyatları zamanı "Halkbank"ın sahibinin evindən ayaqqabı qutusundan 4.5 milyon dollar pul çıxmışdı. Məhz bundan sonra Antalya Dövlət Simfonik Orkestrinin həyata keçirdiyi yeni il konsertində "Vokaliz" qrupu səhnəyə "ayaqqabı qutusu"yla çıxıb və Manisada mitinqdə danışdığı zaman evindən ayaqqabı qutusu göstərərək, Baş nazirə etiraz edən qadın həbs edilib.

Tarix
2014.02.24 / 13:01
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla