Yuxarı

İsrail zərbələri: İran Fars körfəzində ixracı kəskin artırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail zərbələri: İran Fars körfəzində ixracı kəskin artırdı

İran İsrailin ehtiyatlarını məhv etmədən hasil etdiyi nefti təcili şəkildə ixrac etməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri peyk görüntülərinə istinadən yazıb.

Qeyd olunur ki, İran neftinin əsas hissəsi Fars körfəzində yerləşən Xark adasındakı neft terminalı vasitəsilə ixrac olunur. Adada yerləşən anbarlar “üzən” damla təchiz olunub. Anbar neftlə dolduqda dam yuxarı qalxır, boşaldıqda isə aşağı enir:

“11 iyun tarixli peyk görüntülərində demək olar ki, bütün iri anbarların damlarının aşağı vəziyyətdə olduğu – yəni anbarlarda çox az neft qaldığı görünür. Amma 18 iyun tarixli şəkillərdə isə demək olar ki, bütün damların ən yüksək vəziyyətdə olduğu - anbarların tam dolduğu müşahidə olunur”.

Nəşr bu vəziyyəti belə izah edir:

“İran ölkənin daxili bölgələrindən mümkün qədər çox nefti dənizdəki tankerlərə ötürməyə çalışır və Xark adasındakı neft anbarı bu prosesdə aralıq məntəqə rolunu oynayır. Əgər neft okean tankerinə yüklənə bilsə, bu, Tehrana hələ bir müddət maliyyə axınının davam etməsini təmin edəcək.

TankerTrackers.com saytının məlumatına görə, İsrailin İrana zərbələr endirməyə başladığı beş gün ərzində İranın gündəlik neft ixrac həcmi əvvəlki normayla müqayisədə 44% artıb.

Xark adasındakı neft terminalı İsrailin mümkün zərbəsi üçün həssas hədəf olduğundan, neft tanker gəmiləri adaya yaxınlaşmaqdan çəkinirlər. Yalnız onların yüklənmə növbəsi çatanda sürətlə terminala yaxınlaşırlar və orada mümkün qədər az vaxt keçirməyə çalışırlar”.

Tarix
2025.06.20 / 09:13
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

İsrail prezidenti İlham Əliyevə zəng etdi

Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi

Prezident və xanımı Xankəndidə Zəfər parkında - Fotolar

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla