
Haaqada Türkiyə ilə bağlı mühüm qərar verildi - Ərdoğan
21:58
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün Avropa Birliyi (AB) rəsmi olaraq Rusiyaya qarşı sektoral sanksiyaların 6 ay - 31 yanvar 2026-cı ilə qədər uzadılmasına razılıq verib.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
O bildirib ki, bu sanksiyalar Ukraynada müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə yönəlib:
“Sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks əşyalar da daxil olmaqla, geniş spektrli sektoral tədbirlərdən ibarətdir”.
Xatırladaq ki, Rusiyaya qarşı bu iqtisadi tədbirlər ilk dəfə 2014-cü ildə tətbiq edilib və 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Tarix
2025.06.30 / 17:52
|
Müəllif
Axar.az
|