Yuxarı

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak edib.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Respublikasının və Ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmiş müzakirələrin nəticələrinə dair protokol imzalanıb.

Tarix
2025.06.30 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı

Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan

Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...

Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov

Əliyevlə Putin Çində görüşəcək? - Peskovdan açıqlama

Prezident Rusiya ilə münasibətlərin korlanmasından danışdı

Axı, necə belə nankor olmaq olar?!

Bu yolu zorla ələ keçirə bilərdik, amma dayandıq... - Prezident

Deyirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla