Yuxarı

İsrail pilotu: İran qırıcılarımıza bir dənə də raket atmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail pilotu: İran qırıcılarımıza bir dənə də raket atmadı

İsrail ordusunun polkovnik-leytenantı və F-16 pilotu “Müharibə Zonası” proqramına verdiyi müsahibədə İran hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatlarının detallarından danışıb.

Axar.az xəbər verir ki, açıqlamanı "Avronyus" televiziyası yayıb.

Təhlükəsizlik səbəbilə adı açıqlanmayan pilot bildirib ki, əməliyyat zamanı F-16 və F-35 qırıcıları arasında yüksək səviyyəli koordinasiya təmin olunub. Onun sözlərinə görə, F-35-lər əsasən kəşfiyyat və istiqamətləndirmə funksiyalarını yerinə yetirib, F-16 ekipajlarına daxil ola bilmədikləri kritik məlumatları ötürüb.

“F-35 qırıcıları raket təhdidlərini qabaqcadan aşkar edən texnologiyalara sahibdir. Onlar bizə deyə bilər ki, hansı tip raketlə üz-üzə qala bilərsiniz. Bu isə əməliyyatların uğurla başa çatmasına ciddi təsir edir”, – deyə pilot qeyd edib.

O əlavə edib ki, bütün əməliyyatlar ərzində İsrail qırıcılarına qarşı bir dənə də olsun zenit raketi atılmayıb.

Tarix
2025.07.26 / 15:55
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla