Yuxarı

Xərçəng xəstəliyi keçicidir – Vacib məqamlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evinizdə xərçəng xəstəliyindən əziyyət çəkən varsa, siz də yoluxa bilərsiniz.

Axar.az xəbər verir ki, bu qənaətə Medicina.az saytı apardığı araşdırma nəticəsində gəlib. Sayt xərçəngin yoluxucu olub-olmamasıyla bağlı araşdırma aparıb.

Məlumdur ki, tibdə bu xəstəliyin ötürülməsi ilə bağlı sübut və faktlar yoxdur. Amma elə viruslar var ki, zəif immunitetli insanlara keçərsə, onda xərçəng xəstəliyini oyada bilər. Məsələn: mədə-bağırsaq xərçəngi olan insanla mədə-bağırsaq xorası olan insanın öpüşməsi təhlükəlidir. Yəni mədə xərçəngi olan nənəni mədəsində xora olan zəif bir nəvənin tez-tez öpməsi təhlükəli ola bilər.

Çünki mədə xərçəngini “helikobakter” adlı mikrob törədir. Sağlam mədə qişası və güclü immuniteti olan insan üçün bu mikrob təhlükə yaratmır. Amma zəif mədədə bu mikrob iltihab yaradır ki, bu da zamanla xərçəngə çevrilir. Bu mikrob tüpürcək suyu ilə digər adama keçə bilər.

Həmçinin, Hepatit C və B də qaraciyər xərçəngində rol oynayır. Bu virusa qan və cinsi yolla yoluxmaq olar. Ona görə evdə qaraciyər serrozu, xərçəngi olan ailə üzvü varsa, iynə vurarkən, həmin adamın yarasını təmizləyərkən maksimum qorunmaq lazımdır.

Daha bir vacib məqam isə odur ki, qadınlarda uşaqlıq boynu xərçəngini papilloma virusları yaradır. Planetin hər 5 qadınından biri bu virusa imtim əlaqə yolu ilə yoluxur. Papilloma virusu aktiv çoxalır, immun sistemini pozur, uzun müddətdən sonra xərçəngə çevrilə bilir. Qoruyucu vasitələr bu virusdan qorumaqda zəifdir. Ona görə bu gün uşaqlıq boynu xərçəngindən peyvənd olunması ciddi təbliğ olunur və 10-23 yaş arası bütün qızlara olunmalıdır. Papillomaya yoluxduqdan sonra peyvəndin vurulması mənasızdır.

Tarix
2017.11.29 / 02:05
Müəllif
Bayan Nigar
Digər xəbərlər

Diplomatlar Laçında səfərdədir

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla