Yuxarı

Saç tökülməsinin qarşısını alan 2 təbii maska

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saç tökülməsinin qarşısını alan 2 təbii maska

Stress, vitamin əskikliyi və hormon pozuntuları da əlavə olunduqda saç tökülməsi daha da artır. Lakin evdə 10 dəqiqənizi ayıraraq hazırlayacağınız təbii maskalarla bu problemin qarşısını ala bilərsiniz.

Ailəm.az saçlarınız üçün təbii maskalar təqdim edir.

Qatıqlı maska

Tərkibində olan D, B6, B12, C vitaminləri, kalsium və proteinlər qatığı saçlarınız üçün təbii bir maskaya çevirir. Vəsaitləri və hazırlanması baxımından da asan olan qatıq maskası üçün 1 stəkan qatığı, 1 xörək qaşığı alma sirkəsi və bir xörək qaşığı balı kasada qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza dibdən uclara doğru sürtün.

Qeyd edək ki, saç maskalarını təmiz saçlara vurmaq daha yaxşı nəticə verir. Qatıq maskasını saçınızda 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə durulamalısınız.

Qatığın içindəki proteinlər saçlarınıza nəm qazandırarkən, vitaminlər və kalsium saç qüvvətinizi artıracaq və daha sağlam saçlara qovuşacaqsınız.

Yumurta maskası

Yumurta protein və amin turşusu baxımından çox zəngin bir qidadır. Proteinlərlə bərabər yağ turşuları, A, D, E vitaminləri də yumurtanın digər qidalandırıcı maddələridir. Saçların tökülməsinin qarşısını alır, sürətli uzanmasını da təmin edir.

1 stəkan süd, 2 xörək qaşığı limon suyu və 2 xörək qaşığı zeytun yağını 1 ədəd çırpılmış yumurtaya əlavə edin və qarışdırın. Hazırlanan qarışımı təmiz saçlarınıza və saç dərinizə masaj edərək vurun. 20 dəqiqə boyunca bu maskanı saxlayın və soyuq su ilə durulayın. Burada diqqət edilməsi lazım olan ən önəmli nöqtə saçlarınızı durulayarkən soyuq su istifadə etməyinizdir. Çünki isti su yumurtanın bişməsinə və saçlarınızın təmizlənməsində çətinliyə səbəb ola bilər.

Tarix
2018.08.02 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla