Son illər bir qrup elm adamının həyata keçirdiyi bəzi
təcrübələr bunun mümkün olduğunu üzə çıxarıb.
Mütəxəssislər xəstənin qanını boşaldıb yerinə buzlu soyuq su
inyeksiya etməklə insanları ölümün pəncəsindən alaraq həyata
qaytaracaq bir üsul üzərində çalışırlar.
Ann.az-ın məlumatına görə, Arizona Universitetinin professoru
Peter Rhee belə bir tədqiqat üzərində çalışdıqlarını deyib: "Bədən
tempraturunun 10 dərəcəyə düşdüyü, beyin funksiyaları dayanmış,
qanın axıdıldığını və ürəyin dayandığını görən kimsə xəstənin artıq
öldüyünü düşünə bilər. Amma mütəxəssislər hesab edir ki, bu
vəziyyətdəki adamı yenidən həyata qaytarmaq mümkündür".
Maryland Universitetindən olan Samuel Tisherman ilə birlikdə
çalışan Peter Rhee "Gec canlandırma" adı verdikləri tədqiqat zamanı
bədənin bu vəziyyətdə qalmasının mümkün olduğunu vurğulayıb. Bu
günə qədər yalnız heyvanlar üzərində sınanmış olan bu təcrübə
bədəndən qanın boşaldılmasını və bədən istiliyinin 20 dərəcəyə
qədər aşağı salınmasını tələb edir.
Canlının təkrar həyata qaytarılması bu cür həyata keçirilir:
bədəndəki duzlu maye sovrulur, onun əvvəlcədən depolanmış qanı
təkrar özünə qaytarılır və bədən tempraturu yüksəlməyə başlayır.
Rhee prosesi belə təsvir edir: "Qan bədənə yayıldıqca vicudun rəngi
çəhrayiləşir, bədən istiliyi müəyyən bir dərəcəyə çatanda ürək
özbaşına işləməyə başlayır. Çox maraqlı bir şəkildə: 30 dərəcədə
ürək birdən-birə tək-tək atmağa başlayır; istilik yüksəldikcə ürək
atışı da tədricən artır". Professorun sözlərinə görə, bu
əməliyyatdan keçən heyvanlar oyandıqdan sonra heç bir əks təsiri
olmadan ertəsi gün normal vəziyyətlərinə qayıdırlar.
Bir müddət əvvəl Samuel Tisherman bu texnikanın Pensilvaniyada
güllə yarası almış insanlar üzərində tətbiq edəcəyini açıqlaması
bütün dünyada əks-səda yaratmışdı. Professor izah etməyə çalışmışdı
ki, zədə nəticəsində ürək atışları dayanan bu xəstələr üçün bu
metod onların əslində son şanslarıdır.
Tisherman ictimaiyyətin bu texnikanı elmi fantastika olaraq
qəbul etməsini istəmir. Ancaq Rhee bu işin belə bir təcrübənin
başlanğıcı ola biləcəyi fikirindədir.
Naməlum XƏTT
Tisherman artıq ölum halının subyektiv olduğunu qeyd etməklə
bərabər həkimlərin ürək masajından ümid kəsdikləri an onların bu
təzə tədqiqatının işə düşəcəyini bildirir. "Resuscitation" jurnalda
dərc olunan bir məqalədə ürək masajından bəhs edilir və bildirirlir
ki, xəstəxanaların təcili xidmətlərində çalışan həkimlər arasında
aparılan bir anketdə tibb işçilərinin 50 faizi "Lazarus faktı"
adlandırılan və artıq ümid kəsilən bəzi xəstələrdə ürəyin öz-özünə
yenidən işə başlamasının şahid olublar.
Ürəyi yenidən işlətmək işin yalnız başlanğıc hissəsidir; ürək
dayanmasının ardından oksigen çatışmazlığı başda beyin olmaqla
bərabər həyati orqanlarda ciddi ziyana yol aça bilir. Tisherman
oksigensiz keçən hər dəqiqədə bu orqanların yavaş yavaş ölməyə
başladığını bildirir.
Tishermanın müəllimi və 1960-cı illərdə ürək masajı texnikasını
inkişaf etdirməklə ölüm hallarının sayının dəyişilməsinə gətirib
çıxaran elm adamı Peter Safar bu problemin də həll yolunu göstərib:
Buz parçalarıyla bədən istiliyini 33 dərəcəyə qədər aşağı salmaqla
hüceyrələrin fəaliyyətini yavaşlatmaq və bununla da oksigen
təminatını azaltmaq və bununla da oksigen çatışmazlığının verəcəyi
ziyan minimuma enmiş olur.
Bu üsulun tətbiqi ürək dayanması və beyin ölümü hadisələri
baxımından yeni bir fürsət yaratmış oldu.
Bir müddət əvvəl Texasdakı xəstəxanalardan birində 40 yaşlı
xəstənin üzərində tam üç saat yarım davam edən ürək masajından
sonra xəstənin ürək funksiyası bərpa olunmuşdu. Həkimləri
heyrətləndirən ürək masajı əsnasında xəstənin şüurunun geri gəlməsi
və danışmağa başlaması olmuşdu. Buna şahid olan həkimlər daha əvvəl
belə bir hadisəylə qarşılaşmadıqlarını ifadə etmişdilər.
ZAMAN QAZANMAQ
Ürək dayanmasına zədə nəticəsində yaralanma (güllə yarası ya da
avtomobil qəzası) halı səbəb olursa, həkimlərin xəstəni həyata
qaytarma şansları xeyli azalmış olur. Cərrahiyyə əməliyyatları
zamanı ən yaxşı yol qol və qıçlara gedən arteriyaları tıxayıb,
sinəni açıb ürək masajı etmək və yaralar tikilənə qədər beynə bir
azca da olsa, qan axınını təmin etmək. Bu vəziyyətdə də həyatda
qalma nisbəti yenə cəmi 10 faizdir.
Tisherman belə bir şəraitdə bədən tempraturunu 10-15 dərəcəyə
qədər salaraq həkimlərə əməliyyat üçün bir neçə saat daha
qazandırmaq istəyir. Əslində, belə praktika - bədən soyutma
əməliyyatı bu gün də bəzi ürək əməliyyatlarında tətbiq olunur.
Tishermanın layihəsində isə bu əməliyyat ilk dəfə xəstəxanaya
"ölü" olaraq gətirilən kəslərə tətbiq edilərək onların yenidən
həyata dönüşünü təmin etmiş olacaq. Ölüm səbəbiylə maddələr
mübadiləsi dayanmış olduğundan və hüceyrələri canlı tutmaq üçün
bədəndəki qan boşaldılır və bədənin sürətli bir şəkildə soyuması
üçün yerinə duzlu soyuq su dolduruluyor. Bu bədənin soyuması üçün
ən sürətli yol olaraq bildirilir.
Tisherman, Rhee və başqa elm insanları 20 illik bir iş
nəticəsində bu tətbiqin etibarlı və təsirli olduğunu qənaətinə
gəliblər. Təcrübələrin çoxunda ölümcül yara almış donuzlardan
istifadə edilib. Heyvanların bədənləri lazım olduğu qədər - bədən
istiliyi 2 dərəcəyə qədər salmaq mümkün olub. Tədqiqatda iştirak
edən canlıların 90 faizi bir saatlıq əməliyyatdan sonra bədənlərinə
qan qaytarılmaqla və tempratur artırılmaqla yenidən diriliblər. Bu
heyvanlar üzərində edilən testlər beyin fəaliyyətlərində də hər
hansı bir ziyan daşımadığını və yaddaş itkisi ortaya çıxmadığını
göstərib.
İNSAN üzərində sınaqlar
Əlbəttə ki, bu tədqiqatın insanlar üzərində sınanması üçün icazə
almaq elə də asan deyil. Amma bu il Tishermana Pennsylvania
ştatındakı Pittsburgh şəhərində silahla yaralanmış xəstələr
üzərində pilot sınaq etməsi üçün icazə verilib. Baltimore və
Tuscon'da da sınaq hazırlıqlarına hazırlaşır.
Bütün tibbi araşdırmalarda olduğu kimi bunda da heyvanlar
üzərindəki təcrübələrdən insana keçid bəzi çətinliklərlə ehtiva
edilir. Məsələn, heyvanlara əməliyyat sonrası öz qanları verilib,
amma insanlara qan köçürülərkən qan banklarındakı donor qanların
nəqli düşünülür. Ayrıca heyvanlar anestezi altında yaralanarkən,
qızdırmalı və silahla yaralanmış insanlar normal haldaykən bu
yaranı almış olacağı üçün bədənin bu zədəyə verəcəyi reaksiya
fərqli ola bilər. Lakin Tisherman optimist baxır. "Donuzlar və
itlər qanama halında insana bənzər reaksiya verir" - deyir.
Digər həkimlər isə prosesləri maraqla izləyirlər. Bəzi hkimlər
bu qənaətdədir ki, beyni qorumaq üçün bədən tempraturunun aşağı
salınmasının lazım olduğunu çox adam bilir, amma bu praktikanın
tətbiq edilməsi əksər tibb işçilərini qorxudur.
Əgər təcrübələr uğurla nəticələnərsə, Tisherman bu əməliyyatları
fərqli zədələrdə də istifadə etmək istəyir. İlk sınaqda güllə
yarası olan xəstələr üzərində aparılmasına səbəb qan itkisi
qaynağının asan olmasıdır. Ancaq yaxın gələcəkdə bu əməliyyatın
avtomobil qəzaları zamanı yaralanmalarda görülən daxili
qanaxmalarda, ürək böhranı və daha başqa xəstəliklərdə də tətbiq
olunması ümid edilir.