Yuxarı

Qadınların diqqətinə: Saçların gec uzanmasının əsas səbəbi...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun və qalın saçlar hər qadının arzusudur. Lakin bəzən qadınlar saçlara bütün lazım olan qulluq etsə də saçları olduqca gec uzanır.

Bunun bəzi daxili və xarici səbəbləri ola bilər.

Axar.az Sağlamolun.az-a istinadən sizə bu səbəbləri ilə tanış edir:

1. Qanazlığı

Qadınlar arasında qanazlığı ən yayılmış pozulmalardan biridir. Əgər saçınız zəifdir və gec uzanırsa, qanda hemoqlobinin səviyyəsini yoxlayın.

2. Yuxunun az olması

Yuxu hormonu olan melatonin saçların uzanmasına təsir edir. İnsan az yatırsa saçların uzanması prosesi də ləngiyir.

3. Pəhrizlər, pis qidalanma

Balanslaşdırılmamış pəhrizlər və natamam qidalanma gözəl saçların əsas düşmənləridir. Saçınız pis uzanırsa qidalanmanızda yumurta, süd məhsulları, zeytun yağı, balıq, qoz-fındıq kimi məhsulların miqdarını artırın.

4. İrsiyyət

Maraqlıdır ki, irsiyyət də saçların uzunluğuna təsir edir. Qadın saçlarını uzatmaq istəsə də onlar uzunluqda sanki "dayanır". Bəzi qadınlarda bu 40 sm, digərlərində 70 sm və bundan çox ola bilər.

5. Qalxanvari vəzi problemləri

Qalxanvari vəzinin fəaliyyətində pozulmalar saçların uzanmasına və vəziyyətinə ciddi təsir edir.

6. Saçların tez-tez kəsilməsi

Bəzi qadınlar belə hesab edir ki, saçların tez uzanması üçün onları hər ay bir qədər kəsdirmək lazımdır. Lakin bu yanlış fikirdir. Saçlar orta hesabla 1 ay ərzində 1-2 sm uzanır. Əgər siz saçınızı hər ay kəsdirirsinizsə, bu saçların uzanmasına mane olur.

Tarix
2019.04.09 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla