Yuxarı

İbn Sinanın sağlam qidalanma barədə - Məsləhətləri

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbn Sinanın sağlam qidalanma barədə - Məsləhətləri

Müasir təbabətin banisi adlandırılan məşhur loğman Əbu Əli ibn Sina 270-dən çox əsərin müəllifidir. Onun bir sıra məsləhətləri əsrlər keçəndən sonra da öz aktuallığını saxlayır.

Axar.az Azərtac-a istinadən bu məsləhətlərdən bəzilərini təqdim edir.

1. Yay vaxtı turşməzə yeməklər, məsələn, tam yetişməmiş üzüm yeyin. Nar şirəsi, tam yetişməmiş üzüm şirəsi için, hind xurması yeyin.

2. Kökəldilmiş heyvanların ətini yeməkdən çəkinin, çünki bu, öd şirəsi ifrazını artırır. Payızda qarpız və üzüm yeyin, çünki belə yeməyin heç bir ziyanı yoxdur.

3. Müalicəvi prosedurların ən xeyirlisi hamamdır. Acqarına hamamda yuyunmaq insanı zəiflədir.

4. Kükürdlü su ağrıları azaldır, sinirləri möhkəmlədir, çiban və yaraları sağaldır, dəridəki ləkələri ağardır, mədəni zəiflədir, cinsi həvəsi azaldır.

5. Təzyiqiniz yüksək olduqda balqabaq şirəsi için. Ürəyi möhkəmlətmək üçün alma yeyin. İflic vurmuş insan sidr qozası yeməlidir. Sinə nahiyənizdə ağrılar varsa, badam yeyin, üstündən bal şərbəti için.

6. Payızda duzlu və quru yeməklərdən tam imtina edin. Belə yeməklər insanlarda müxtəlif xəstəliklərə fəsad verir. Duzlu pendir, duzlu balıq, ümumiyyətlə, bütün duzlu yeməklər zərərlidir.

7. Tərkibində dəmir olan su iştahanı artırır, dalaq xəstəliklərindən əziyyət çəkənlərə yaxşı təsir göstərir, cinsi həvəsi artırır, mədədə ağırlığı aradan götürür.

8. Dadlı və isti xörəklər öd ifrazını artırır. Buna səbəb onların çox isti olmasıdır. Belə yeməklərin faydalı cəhəti isə mədə-bağırsaq traktının işini fəallaşdırmasıdır.

9. Ürəkdöyünmə zamanı keşniş toxumu yeyin. Onurğanızda ağrı hiss edəndə cücə bulyonu için.

10. Müalicəsi olmayan xəstəlik yoxdur. Yalnız iradəsiz insanlar var. Faydasız bitki yoxdur, sadəcə onun faydalı cəhətləri hələ öyrənilməyib.

Tarix
2019.07.09 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla