Yuxarı

Kəskin miqren ağrılarına ev şəraitində çarə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş ağrısı formasında ifadə edilən miqren xəstəliyinə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, hər 5 qadından və 10 kişidən birində bu xəstəlik özünü büruzə verir.

Araşdırmalar miqren və qidalar arasında əlaqə olduğunu göstərir. Bəzi qidalar miqrenə səbəb ola bilər. Bəziləri isə bunun qarşısını ala, hətta müalicə edə bilər.

Əncir

İltihabı azaldır və baş ağrılarını uzaqlaşdıran kaliumla zəngindir.

Avokado

Avokado miqrenlə mübarizə üçün effektiv vasitədir. Lütein və zeaksantin kimi antioksidantlar baxımından zəngindir. Şiddətli baş ağrısını kəsir.

Som balığı

Omeqa-3 yağ turşuları və vitamin B2 ilə zəngin balıq tez-tez hiss edilən baş ağrılarının möcüzəvi dərmanıdır.

Şirin kartof

Sadəcə dadı ilə deyil, həm də ağrılara qarşı mübarizəsi ilə də xoşunuza gələcək. C vitamini ilə zəngindir, B1 və kalium tərkiblidir.

Kök və xiyar

Miqren xəstəliyinə ən böyük təsir edən vasitələrdən biri bol su içməkdir. Xiyar, kök, qarpız və kərəviz kimi su ilə zəngin qidalar da buna daxildir.

Kələm və kinoa

Bu iki qida da miqrenin qarşısının alınmasına yardımçı olur. Riboflavin, maqnezium və dəmirlə zəngin kinoa ağrıları uzaqlaşdırır, kələm isə Omeqa-3 lif tərkibi ilə miqrenə qarşı qalxan yaradır.

Qatıq

Aparılan araşdırmalara görə, B vitamininin bir parçası olan riboflavin qatığın tərkibində yüksək miqdarda var. Miqren ağrıları ilə tez-tez qarşılaşırsınızsa, qatığa üstünlük verin.

Limon suyu

Yüksək miqdarda C vitamini tərkibli limon suyunun sağlığa faydaları tez-tez müzakirə edilir. Ağrı yaranan zaman limon suyunu bir stəkan suya qarışdırın və 2 çay qaşığı duz əlavə edin. Bu içki iltihabı aradan qaldıracaq.

Tarix
2020.01.01 / 02:10
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Liderlər Şuşaya getdi - Foto

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla