Yuxarı

Ət yeməkdən tam imtina etməyin - Diqqət!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ət yeməkdən tam imtina etməyin - Diqqət!

Hər kəs hər gün olmasa da, həftə ərzində bir və ya bir neçə dəfə ət və ya ət məhsullarından istifadə edir. Milli mətbəximizin tanınmış qidaları arasında ətsiz xörək tapmaq çətindir.

Son dövrlərdə ət və ya ət məhsullarından könüllü olaraq imtina edənlərin da sayı artıb. Hazırda vegetarian və ya veqan olmaq bir növ dəbə minib. Vegetarian dedikdə ət məhsullarından imtina edib öz rasionunda bitki mənşəli qidalara üstünlük verənlər nəzərdə tutulur.

Axar.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, vegetarianlıq inkişaf edən orqanizm üçün, daha dəqiq desək, uşaqlar və gənclər üçün əlverişli deyil:

“Çünki onlarda böyümə və inkişaf, bədənin formalaşması prosesi gedir. Müəyyən patologiyalar zamanı ondan tam imtinadan yox, bəzi qidaların məhdudlaşdırılmasından, pəhriz qidalanmasından istifadə etmək daha düzgündür. Əgər kiminsə ateresklerozu, yaxud arterial hipertoniyası varsa, onun ət və ət məmulatlarından çox istifadə etməsi düzgün deyil. Ət yeyilməsi vacibdir, çünki onun orqanizmin immunitetinin formalaşmasında, parçalanan, məhv olan hüceyrələrin yerini doldurmaqda onun böyük əhəmiyyəti var. Ət və ət məmulatlarından birdəfəlik imtina etmək düzgün deyil, çünki onun tərkibində olan maddələr bitki mənşəli məhsullarda yoxdur və ya çox cüzidir. Xüsusilə onların tərkibində olan amin turşuları orqanizmi zülallarla təmin edir”.

Lakin bununla birlikdə qidalanma zamanı meyvə, tərəvəz və ağartı məhsullarından istifadə etmək tövsiyə olunur.

Tarix
2020.03.20 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla