Yuxarı

Küçədə yıxılıb öləndə inanacaqsınız? – Həkimdən şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maska taxmayan insanların cərimələnməsi ilə bağlı qanun qəbul edildi. Bunu vaxtında etmək lazım idi. Yumşaldılmalar aparılmazdan əvvəl elan edilməli idi ki, maska taxmayanlar cərimələnəcək. Artıq neçə gündür yoluxma 200-dən artıqdır, ölüm halları var. Bu kimi məqamlarda məntiqi ardıcıllıq olmalıdır. Buraxılan yanlışlığın nəticəsidir ki, yoluxma getdikcə artır.

Bu sözləri Axar.az-a açıqlamasında tibb üzrə professor Adil Qeybulla son günlər yoluxma hallarının artması və buna baxmayaraq, yumşaldılmaların davam etməsi, iri ticarət mərkəzlərinin açılması ilə bağlı danışarkən deyib. A.Qeybullanın sözlərinə görə, Operativ Qərargah insanların maska taxması, sosial məsafə gözləməsi, əllərin dezinfeksiya edilməsini məcburiləşdirilməli idi:

“Ən azından fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində davranış qaydaları müəyyən edilməli idi. İri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməzdən əvvəl davranış qaydaları ilə bağlı təlimatlar hazırlanmalı idi. O mərkəzlərə kütləvi halda axın olacaq. Sosial məsafə də gözənilməyəcək. İnsan sayı ilə bağlı məhdidiyyət də qoyulmayıb. Bütün bunlar kütləvi yoluxmanın əsasını qoyur. Bulvarda, Bakı küçələrində, əksər binaların qarşısında, parklarda insanlar topa halda yığılıb domino oynayır. Mən dəfələrlə bunun şahidi olmuşam. Mənzərə onu göstərir ki, biz artıq hər şeyi taleyin ümidinə buraxmışıq. Bunun yoluxmanın dairəsini genişləndirəcəyi gözlənilən idi”.

A.Qeybulla deyir ki, Qərargah insanlarda vətəndaş məsuliyyəti olmadığını nəzərə almalı idi:

“Nəzərə alınmalı idi ki, bizim insanlar bu virusu iqnor edir, inanmır. Bizim cəmiyyət çox məsuliyyətsizdir. Heç kəs inanmır ki, necə təhlükəli məqamdır. Həkimlərin açıqlamalarına inanmırlar, ancaq sosial şəbəkələrdə açılan səhifələrin yaydığı yalan məlumatlara inanırlar. Hər kəs gözləyir ki, yoluxma sayı 500-600 nəfərə çatsın, küçələrdə insanlar yıxılıb ölsün, öz doğmasına, qohumuna yaxın durmağa ehtiyat etsin, ondan sonra inansın ki, belə bir virus var. Bizim cəmiyyət çox gec ayılır adətən”.

Virusun ikinci dalğasından danışan professor bildirib ki, payızda bizi infeksiyanın mutasiyaya uğramış forması gözləyir:

“Bizdə ikinci dalğa olmayıb hələ, bizdə reinfeksiyadır. İkinci dalğa odur ki, infeksiya tamam sönür, ancaq bir müddət sonra yenidən başlayır. Reinfeksiya isə odur ki, azalmaya doğru gedir, lakin anidən növbəti artım baş verir. Yoluxma dinamikası müsbətdən mənfiyə gedir. Bizdə mövcud durum budur. Əvvəl yoluxma az, sağalan çox idi. İndi isə yoluxanların sayı sağalanların sayını üstələyib. Koronavirusun ikinci dalğasını isə payızda, mutasiyaya uğramış halda görəcəyik. Bunu demək çox çətindir. Amma görünən odur ki, bəşəriyyət bu ştama qarşı kollektiv imunitetin yaranması dövrünü keçəcək”.

Tarix
2020.06.01 / 15:22
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla