Yuxarı

Kərəvizin möcüzəvi faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərəvizin yarpaqları bir az sərt və tünd yaşıl olur. Kulinariyada kərəvizin toxumlarından ədviyyat kimi istifadə olunur. Kərəviz toxumlarından alınan yağdan parfümeriya və farmakologiyada da istifadə edilir.

Axar.az xəbər verir ki, kərəvizin kökündən kərəviz duzu da alınır. Kərəviz duzunun tərkibi təbii natriumla zəngin olur və orqanizm tərəfindən yaxşı mənimsənilir. Kərəvizin kökü və yarpaqları aminturşular, asparaqin, tirozin, karotin, nikotin turşusu, mikroelementlər, efir yağları, bor, kalsium, xlor, yağ turşuları, folatlar, inozitol,dəmir, maqnium, marqanes, fosfor, kalium, selen, kükürd, sink, A, B1, B2, B3, B5, B6, C, E, K vitaminləri var.

Mütəxəssis dietoloq Pınar Qural Enç kərəvizin qızıl qədər qiymətli bir qidalandırıcı olduğunu, stressdən təzyiqə, böyrəklərdən qaraciyərə qədər bir çox problem üçün faydalı olduğunu, xüsusən sızanaqları azaltdığını bildirir. Kərəviz liflərlə də çox zəngindir. Orqanizmin qocalmasını ləngidir. Bu, onun tərkibində olan turşu və minerallarla dolu hüceyrələri səbəbindən baş verir. Kərəviz orqanizmə sakitləşdirici təsir edir, yorğunluğu aradan qaldırır. Ondan ən çox sinir xəstəlikləri zamanı istifadə etməkdə fayda var. Kərəvizin tərkibində olan efir yağları mədə şirəsinin axmasını sürətləndirir. O şəkərli diabet xəstələri üçün çox faydalıdır. Tərkibində olan kumarin miqren ağrılarından xilas olmağa yardım edir.

Sağlam qidalanma mütəxəssisi İpək Ağacanın sözlərinə görə, kərəvizin kökü və saplağı yüksək antioksidant təsirə malik olduğuna görə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Arıqlamaq istəyənlər qida rasionuna kərəviz əlavə etməklə müsbət nəticə əldə edərlər. 100 qram kərəviz yeməklə 16 kalori qəbul etmiş oluruq. Həmin 100 qram kərəvizin həzmi üçün orqanizmdən daha çox enerji tələb olunur ki, bu prosesdə insan yüksək kalori sərf edir.

Kərəviz artritdən və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır. Tərkibindəkilər oynaqlarda olan şişkinliyi aradan qaldırır və oynaq ağrılarının azalmasına səbəb olur. Kərəvizin sidik qovucu xüsusiyyəti böyrəklərdə və sidik kisəsində olan duzların xaric olunmasını sürətləndirir. Kərəviz qanda qlükozanın miqdarının azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.

Orqanizmin tonusunu yüksəldir, onun fiziki qüvvəsini artırır.

Davamlı olaraq kərəviz yemək qanı təmizləməklə bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur. Onun qanı təmizləmək qabiliyyətini artıqmaq üçün kərəviz, zəncirotu və gicirtkən toxumununn şirəsini qarışdırıb içmək lazımdır.

Kərəviz toxumları sidik turşusunun miqdarının normallaşmasına səbəb olur. Bu səbəbdən də sidik kisəsinin sistit problemlərini, qara ciyər xəstəliklərinin azalmasına səbəb olur.

Kərəvizi ət maşınından keçirib suyunu sıxıb və eyni miqdarda ərinmiş kərə yağı ilə qarışdırdıqdan sonra yaraları, iltihabi prosesləri və yanıqları sağaltmaq mümkündür.

Hamiləlik zamanı çox kərəviz yemək məsləhət deyil. Çünki onun tərkibində uşaqlıq əzələsinin sıxılmasına səbəb olan maddələr var. Bu maddələr isə uşaqsalmaya səbəb ola bilir. Qastritdən və mədə turşuluğunun çoxluğundan əziyyət çəkənlərə də kərəviz yeyərkən diqqətli olmaq məsləhət görülür. Varikoz genəlməsi, tromboflebiti olan xəstələr və uşaqəmizdirən analara da kərəvizdən çox istifadə etmək tövsiyə olunmur.

Tarix
2021.06.22 / 01:05
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla