Yuxarı

Yenidən qapanma olacaq? – Deputat açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yenidən qapanma olacaq? – Deputat açıqladı

Yoluxma sayı 10 min də olsa qapanma olmayacaq.

Axar.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Əmək və sosial-siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu ştammın yoluxduruculuq qabiliyyəti sürətlidir:

“Hər kəs peyvəndlənib. Nə qədər çox yoluxma olsa da, hamı qrip kimi keçirir. Kimdən soruşsanız, Omikron ştammını klassik formada keçirdiyini deyəcək. Düzdür, elə insan ola bilər ki, bir qədər ağır keçirsin. Lakin əvvəlki qriplər kimidir.

Bu ştamm koronavirus kimi deyil. Bunun yoluxduruculuq qabiliyyəti sürətlidir. Koronavirusdan dəfələrlə artıqdır. Bir saniyədə viruslu xəstə ilə təmasda olan kimi insan xəstələnir. Lakin xəstəlik ağır deyil”.

Deputatın fikrincə, koronavirus pandemiyasından öncə də insanlar qrip olan şəxslə sosial məsafə saxlayırdılar:

“Koronavirus pandemiyasına qədər hər hansı bir şəxs qrip olanda hamı kənara çəkilirdi ki, mənə yoluxmasın. Və ya deyirdilər filankəs xəstə idi, mənə də ondan keçdi. Onsuz da həmişə tənəffüs yollarının kəskin respirator yolla keçən xəstəliyi sosial məsafə saxlamağı tələb edirdi. Sosial məsafə saxlamaq, xəstə olan şəxslə məsafəni məhdudlaşdırmaq yeni çıxmayıb. Pandemiyadan öncə də belə olub”.

M.İbrahimqızı qeyd edib ki, karantin qaydaları sərtləşdirilməyəcək:

“Pandemiya ilk başlayan gündən dünyada insanlar arasında vahimə yarandı. Ona görə, də insanlar ona belə münasibət bəslədi. Xəstələrdən uzaq durmalı, bilmədiyi məclislərə getməməlidir. Çünki elə insanlar var ki, xəstə-xəstə gəlirlər. Maska istifadə edib, sosial məsafə qorunmalıdır. Karantin olacağını düşünmürəm. Məhdudiyyətlər də olmayacaq. Çünki əhalinin 60 faizi peyvəndlənib. Çox adam yoluxub sağalıb”.

Tarix
2022.02.05 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla