Yuxarı

Tibb bacısı pul üstündə həkimi bıçaqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibb bacısı pul üstündə həkimi bıçaqladı

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, müəssisənin Cərrahiyyə şöbəsinin tibb bacısı, 1993-cü il təvəllüdlü Sadəgül İbadullayeva Qanköçürmə şöbəsinin həkimi, 1959-cu il təvəllüdlü Nurəddin Məmmədovu bıçaqlayıb.

Hadisə baş verən zaman hər iki səhiyyə işçisi xəstəxanada növbədə olub. Zərərçəkmiş dərhal işlədiyi tibb ocağının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Hadisə şahidlərinin sözlərinə görə, iki tərəf arasında mübahisə pul üstündə düşüb. Növbətçi həkim Ceyhun Rəsulov bildirib ki, qarının ön divarının kəsilmiş-deşilmiş diaqnozu qoyulan xəstənin vəziyyəti hazırda stabil qiymətləndirilir.

Hadisəni törədən Şiştəpə kənd sakini S.İbadullayeva Şəmkir rayon Polis şöbəsinə gedərək könüllü surətdə təslim olub.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, 56 yaşlı N.Məmmədov əvvələr Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Tarix
2015.09.27 / 02:14
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla