Yuxarı

Səncərdən xərçəngin müalicəsi ilə bağlı inqilabi kəşf

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səncərdən xərçəngin müalicəsi ilə bağlı inqilabi kəşf

Türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər “EdU” adlı molekulun sinir hüceyrələrinə zərər vermədən beyindəki şişlərin müalicəsində istifadə oluna biləcəyini göstərən araşdırmaya imza atıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu araşdırma müalicəsi çox çətin olan qlioblastoma adlı beyin şişi üçün mühüm ümid işığıdır.

Qlioblastoma adlanan beyin şişləri ən aqressiv şişlərdən biridir. Xəstənin, müalicəyə baxmayaraq, orta ömrü 15 aydır. Təxminən 100 min adamın 1-də görülərkən, bu nisbət son illərdə 100 mində 3,25-ə yüksəlib.

Əhalinin qocalması, havanın çirklənməsi, ağır metalların təsirinə məruz qalma və keçmişlə müqayisədə diaqnostik imkanların inkişafı bu baxımdan faktordur. Qlioblastoma olan xəstələrin yalnız beş faizi beş il sağ qalır. Avropa və Şimali Amerikada daha çox rast gəlinən xəstəliyə qadınlardan daha çox, kişilərdə rast gəlinir.

Xəstənin müalicəyə baxmayaraq ömrünün qısa olmasının səbəbi hal-hazırda istifadə edilən kimyaterapiya dərmanlarının beyində “qan-beyin baryeri” deyilən baryerdən keçə bilməməsi və təsir göstərə bilməməsidir.

Səncərin ixtirası ilə beyin xərçənginin “EdU” molekulundan istifadə edilərək neyronlara, yəni sinirlərə zərər vermədən öldürülə biləcəyi düşünülür.

Bunun səbəbi şişlərin DNT-ni sintez etdiyi halda, beyin hüceyrələrinin sintez etməməsidir. Beyin hüceyrələri DNT sintez etmədiyindən, yəni çoxalmadığından, “EdU” molekulunun hədəfində olmurlar.

Tarix
2022.08.22 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla