Yuxarı

Xərçəng şişlərinin məhvi üçün gel hazırlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəng şişlərinin məhvi üçün gel hazırlandı

ABŞ və Hindistan alimləri çətin məhv edilən şişləri yox etmək üçün radioaktiv zülal əsaslı gel təqdim ediblər.

Axar.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Biomedical Engineering”də dərc olunub.

Qamma radiasiyaya əsaslanan və ya sürətlənmiş hissəciklərdən (protonlar, neytronlar və başqaları) istifadə edilən radioterapiyanın mövcud üsulları xərçəng xəstəliyi şişlərinə, lakin, eyni zamanda, sağlam hüceyrələrə mənfi təsir göstərir. Yeni kəşf qonşu toxumalara nüfuz etmədən neoplazmalara nöqtəli təsir göstərməyə imkan verəcək.

Gel zülal-elastindən, həmçinin yod-131-dən ibarətdir. Birləşmənin qeyri-sabit nüvələri parçalanma zamanı beta radiasiya yayır, bu da qamma şüaları kimi dərinliyə nüfuz etmir. Bundan əlavə, elastin otaq temperaturunda maye olaraq qalır, lakin bədənə daxil edildikdən sonra qızdırıldıqda gelə bənzər bir toxuma alır.

Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.

Tarix
2022.10.23 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla