Yuxarı

Klinikada uşaq ölümü: cinayət işi açıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klinikada uşaq ölümü: cinayət işi açıldı

Bakının Nərimanov rayonunda yerləşən "Brizol" ("Briz-L") göz klinikasında baş verən ölüm hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ANS-in məlumatına görə, hadisə yanvarın 19-da baş verib.

Həmin gün "Brizol" göz klinikasında "hər iki gözün daxili müştərək çəpliyi" diaqnozu ilə gətirilmiş 2010-cu il təvəllüdlü Yusif İbrahimovun üzərində həyata keçirilən "hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası" cərrahi əməliyyatından sonra səhhətinin pisləşməsi və ona göstərilən tibbi yardımlara baxmayaraq, orada ölməsi barədə rayon hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb

Hazırda ölüm hadisəsi ilə bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, "Brizol"dan bəzi KİV-lərə verilən açıqlamada "klinikada bu cür hadisənin baş vermədiyi" bildirilib.

Tarix
2016.01.22 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla