Yuxarı

Həkimi hansı cəza gözləyir? – Vəkildən deputatlara çağırış

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimi hansı cəza gözləyir? –  Vəkildən deputatlara çağırış

Ötən gün şəkərli diabet xəstəsi Tərlan Əliyevanın iltihablı sol ayağı əvəzinə sağlam sağ ayağını kəsən cərrah Valeh Kərimova qarşı rayon prokurorluğunda CM-nin 131.2-ci maddəsi ilə açılan cinayət işi əslində bu cinayət üçün adekvat cəza nəzərdə tutmur.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış hüquqşünas Səməd Vəkilov deyib. Onun sözlərinə görə, sözügedən maddə 500 manat cərimə və ya 2 ilədək islah işləri və ya cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 6 aya qədər həbs nəzərdə tutur:

"Ehtimal ki, həkimin ilk məhkumluğu və s. nəzərə alınacaq və o, çox yüngül bir cəza alacaq. Bu isə əlbəttə ki, həkim səhlənkarlığı və məsuliyyətsizliyinin qarşısını almaq iqtidarında olmayan bir cəzadır".

Səməd Vəkilov millət vəkillərinə səslənərək, bu hadisənin timsalında həkim məsuliyyətsizliyinə qarşı bir iradə ortaya qoymağın vacibliyinə diqqət çəkib:

"Həkim məsuliyyətsizliyi cəmiyyətdə böyük bir narahatlıq yaradır, hər gün kimlərinsə həkim məsuliyyətsizliyinin qurbanı olduğu barədə xəbərlər alırıq. Hesab edirəm ki, Milli Məclis bu məsələyə diqqəti artırmalı və dəyərli millət vəkillərimiz həkim məsuliyyətsizliyinə görə CM-dəki 124.1, 131.1 və 131.2-ci maddələrin cəza hissəsinin artırılması barədə qanunvericilik təşəbbüsü ilə çıxış etməlidirlər. Başqa cür həkim məsuliyyətsizliyinin qarşısını almaq və bu cür böyük ictimai narahatlığa qarşı hüquqi müstəvidə mübarizəni gücləndirmək mümkün olmayacaq".

S.Vəkilov hazırkı qanunvericiliyə uyğun olaraq şikəst edilmiş xəstənin – zərərçəkənin maddi və mənəvi təzminat davası açmasının vacibliyini də önə çəkib:

"Zərərçəkən maddi və mənəvi təzminat davası açarsa, Azərbaycan məhkəmələri yüksək məbləğdə təzminatı təmin edə bilər. Bu baxımdan məhkəmə sistemimizdə son illər müsbət bir presedent yaranıb. Hesab edirəm ki, heç olmasa, bu təzminatlar həkimlərin məsuliyyətsizliyinin qarşısını almaqda yardımçı ola bilər. Amma əlbəttə, yenə deyirəm ki, əsas işi dəyərli millət vəkillərimiz sözügedən maddələrin cəza hissəsinin artırılmasına nail olmaqla görə bilərlər. Həkimlər mütləq bilməlidirlər ki, onların səhvi ciddi şəkildə cəza ilə nəticələnir. Yalnız o halda bu bəlanın qarşısının alınmasında ciddi irəliləyişə nail ola bilərik".

Xatırladaq ki, ötən gün şəkərli diabet xəstəsi Tərlan Əliyevanın iltihablı sol ayağı əvəzinə sağlam sağ ayağını kəsən cərrah Valeh Kərimova qarşı rayon prokurorluğunda CM-nin 131.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2016.06.25 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

Ərdoğanın Bakıya səfəri başa çatdı

Liderlərin Bakıda üçtərəfli görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla