Yuxarı

Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd olundu

Sumqayıt şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli, şəhərin təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, müəllimlik cəmiyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə xidmət edən ən mühüm və nəcib peşələrdən biridir. Gənc nəslin savadlı, dünyagörüşlü, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasında müəllimlərin əməyi əvəzsizdir.

Çıxışda Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sisteminin müasirləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və müəllim əməyinin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, xüsusilə yeni məktəblərin inşasına və təhsil infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi diqqət və qayğının bu sahənin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Zakir Fərəcov bildirib ki, ölkə üzrə həyata keçirilən genişmiqyaslı layihələr Sumqayıt şəhərinin təhsil infrastrukturunun yenilənməsində də özünü aydın şəkildə göstərir. Son illərdə şəhərdə yeni məktəb binalarının inşa olunması, mövcud təhsil müəssisələrinin əsaslı təmir və yenidən qurulması, müasir tədris şəraitinin yaradılması təhsilin keyfiyyət göstəricilərinə müsbət təsir göstərib. Şəhərin təhsil müəssisələrinin əldə etdiyi uğurlar, məzunların ali məktəblərə qəbul göstəriciləri, yüksək bal toplayan abituriyentlərin sayının artması Sumqayıtın formalaşmış güclü təhsil ənənələrinin uğurla davam etdirilməsinin göstəricisi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edən təhsil işçiləri müəllim əməyinə verilən yüksək qiymətə, təhsil sahəsinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, yaradılan imkanlardan səmərəli istifadə etməklə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, ölkəmizin gələcəyi üçün bilikli, savadlı, vətənpərvər və yüksək mənəvi keyfiyyətlərə malik gənclərin yetişdirilməsi istiqamətində bundan sonra da səylə çalışacaqlar.

Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə və şəhərin təhsil həyatına verdiyi töhfələrə görə bir qrup müəllim fəxri fərmanla təltif olunub.

Tarix
2026.10.06 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı onunla Bakı ilə münasibətləri müzakirə etdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla