Yuxarı

18 yaşlı gənc 17 yaşlı dostunun ölümünə səbəb oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
18 yaşlı gənc 17 yaşlı dostunun ölümünə səbəb oldu - Video

09:15

Qaxda ağır yol qəzası olub.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Məmmədova məxsus "Opel Astra" markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Elcan Səbuhi oğlu Muxtarov ölüb.

Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq, Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Digər 2 sərnişin də müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Qax şəhərində 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avtomobildə olan digər sərnişinlər - Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdulətif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.10.06 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla