Yuxarı

Axar.Az Logo carnation

Bakıda çəkilmiş ən baxımlı xarici filmlər - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda çəkilmiş ən baxımlı xarici filmlər - Foto

Bakının gözəlliyi, qədimliyi, dəniz sahilində yerləşməsi xarici rejissor və prodüserlərin film çəkilişləri üçün tez-tez bu şəhəri seçməsinə səbəb olur. XX əsrin əvvəllərindən bir çox məşhur xarici filmlərin çəkilişi Azərbaycanda, xüsusən paytaxt Bakıda aparılıb.

Kult.az Bakıda çəkilən 30-a yaxın xarici filmin arasından ən çox tamaşaçı auditoriyası qazanmış 5 filmi təqdim edir:

Beşinci yer - “Ay bolit” (1966)

Filmin əsas səhnələri Bakıda və Xəzər dənizində çəkilib. Bu ekran işi 30-dan artıq dildə yayımlanıb. Dövrünün ən baxımlı uşaq filmi hesab olunur.

Dördüncü yer - “Amfibiya adam”

Filmin ssenarisi o qədər qəliz idi ki, 10 il müddətində çəkiliş üçün yer tapmaq mümkün olmayıb. Yalnız 1962-ci ildə V.A.Çebotaryov və Q.Kazanski filmi Azərbaycan paytaxtında çəkiblər. Film üçün Bakı ideal bir yer idi, çünki ssenari üzrə hadisələr həm quruda, həm də dənizdə cərəyan edirdi.

Üçüncü yer - “Tehran-43”

SSRİ, Fransa, İsveçrə və İspaniyanın birgə reallaşdırdığı bu ekran işində ən maraqlı səhnələr Bakı küçələrində çəkilib. Dünya ulduzu Alen Delonun çəkildiyi bu film uzun illər ən baxımlı detektiv filmi olub.

İkinci yer - “Ceyms Bond”

Hollivudun çəkdiyi və Pirs Brosnanın rol aldığı bu film prokat üzrə bir neçə il ilk pillədə yer alıb. Bakının Xəzər sahili və neft buruqları olan məkanlarında filmin maraqlı hissələri lentə alınıb.

Birinci yer - “Brilyant əl”

Bəzi turistlərin Bakıya gəlməsinə səbəb olan, bu gün də sevilən “Brilyant əl” kinokomediyasını hətta “Bakının vizit kartı” da adlandırırlar. Çünki ölməz sənətkarlar Yuri Nikulin və Andrey Mironov İçərişəhərdə filmin ən yaddaqalan səhnələrini canlandırıblar. Filmin rejissoru Leonid Qaydaydır.

Tarix
2019.12.05 / 15:53
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Məhdudiyyətləri götürdük...

Bu erada vəziyyəti güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla