Yuxarı

Nazirlikdə kinoteatr rəhbərləri ilə görüş keçirildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdə kinoteatr rəhbərləri ilə görüş keçirildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 oktyabr 2021-ci il tarixdən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sentyabrın 28-də kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev və marketinq direktoru Musa Axundov iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Mədəniyyət Nazirliyində aparılan islahatlar barədə məlumat verən Elnur Əliyev kinematoqrafiya sahəsinə də xüsusi diqqət ayrıldığını, bu mənada kino nümayişinin prioritet sahələrdən olduğunu vurğulayıb.

Görüşdə kinoteatr rəhbərləri mövcud problemlər və gələcək planlar haqqında ətraflı məlumat veriblər. Bir ildən artıqdır ki, fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, mövcud problemlər və perspektivlər müzakirə olunub, müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazirliyin bu istiqamətdə kino nümayişi müəssisələrinə dəstək olacağı və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib.

Tarix
2021.09.29 / 23:53
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla