Yuxarı

Di Kaprionun Oskar çıxışı – Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Di Kaprionun Oskar çıxışı – Video

Dünya şöhrətli aktyor Leonardo Di Kaprio ötən gecə 88-ci Oskar Akademiyası mükafatlarında "ən yaxşı aktyor" kateqoriyasında qalib olub.

Axar.az xəbər verir ki, ilin "ən yaxşı aktyoru" Oskarın təqdimetmə mərasimindəki nitqini iqlim dəyişikliyinə, insanlar və təbiət arasındakı münasibətlərə həsr edib.

Aktyor onunla razılaşmayan siyasətçilərə qarşı siyasi nitq söyləyib:

"Diriliş" filmi insan və təbiət arasındakı münasibətlər haqqındadır... İqlim dəyişikliyi realdır. Bu, hazırda da baş verir".

Aktyor bildirib ki, qlobal istiləşmə bütün canlılara təsir göstərən ən böyük təhdid deyil, amma hətta qışın ən sərt vaxtında çəkilən "Diriliş"in də çəkilişlərinə çətinlik törədib:

"2015-ci ildə istilik rekord həddə çatıb. Biz filmin çəkilişləri üçün sadəcə lazımı qarı tapmaqdan ötrü planetin şimal uclarına doğru getməli olduq. Tarixi dərk etmək və yerli torpaqlarınızı korporativ maraqlardan qorumağın əsil vaxtıdır. Bizim bütün dünya liderlərinin dəstəyinə ehtiyacımız var, o liderlər ki, öz şəxsi maraqları üçün deyil, bütün bəşəriyyət üçün çalışır. Mən bu gecəki möhtəşəm mükafat üçün hamıya təşəkkür edirəm. Gəlin, bu planeti hədiyyə olaraq görməyək. Mən bu mükafatı da hədiyyə kimi qəbul etmirəm".

Tarix
2016.02.29 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla