Yuxarı

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mger Qriqoryan isə qeyd edib ki, “TRİPP layihəsi ilə Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər”.

Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri ABŞ-ın işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır. Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizliyi amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər – yaxın aylarda sürətli delimitasiya baş verə bilər.

Delimitasiya iki hissədə - həm Zəngilan-Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır.

Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSRİ-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə “bağışlanıb”: Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi və bir çox ərazi bura daxildir.

Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud nə qədərinin qaytarılması mümkündür?

Sərhədin Qazax istiqamətində delimitasiyasında Almatı Bəyanaməsinə istinad, eləcə də paraflanan sülh sazişində sovet dövründəki xətlərin əsas götürülməsi qeydi SSRİ dövründə verilən ərazilərin qaytarılmasını sual altına salır. Hərçənd, iki məqam Qriqoryanın da dediyi kimi, “qeyri-adi delimitasiya”nın baş verə biləcəyi gözləntisini yaradır.

Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq, Almatı Bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu;

İkincisi, paraflanan sülh sazişində Almatı sənədi və SSRİ xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatının təsir edə biləcəyi gözləntisini yaradır;

Bu kontekstdə rəsmi Bakı Zəngəzur dəhlizi istiqamətində sərhədin delimitasiyası zamanı maksimum nəticəyə nail olmağa çalışacaq.

Gözlənilən delimitasiya prosesində Kərkinin azad edilməsi perspektivləri də mümkündür. Paşinyanın açıqlaması bu ehtimalı gücləndirir. Erməni baş nazir bidirib ki, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir ki, bu xəttin keçdiyi Arazdəyən istiqamətində sərhədin delimitasiyası üçün Kərki məsələsi həllini tapmalıdır.

Son günlər Paşinyanın anklavlar məsələsinin həllini gündəmə gətirməsi də bu kontekstdə təsadüfi görünmür.

Tarix
2025.11.13 / 19:08
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla